Rusiyada DNT analizi Azərbaycan vətəndaşını deportasiyadan xilas etdibackend

Rusiyada DNT analizi Azərbaycan vətəndaşını deportasiyadan xilas etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

DNT testi Azərbaycan vətəndaşı olan qadını övladını itirməkdən və Rusiyadan deportasiya edilməkdən xilas edib. Rusiya mətbuatının verdiyi məlumata görə, iki uşaq anası olan qadın övladlarından birindən ayrılmaq və ömürlük Azərbaycana deportasiya olmaq təhlükəsi ilə üzləşib.

Belə ki, qızlarının doğum haqqında şahədətnamələrində o müxtəlif soyadlardan istifadə edib. Mariya Bıçenkonun sözlərinə görə, 2004-cü ildən isə vətəndaş nikahında yaşayıb. İlk körpəsini dünyaya gətirəndən sonra sənədlərini itirib. İkinci qızı olanda isə deportasiyadan qorxduğu üçün doğum evində saxta soyad deyərək uşaqla birlikdə oradan qaçıb.

2014-cü ildə o sənədlərini düzəltməyə çalışıb. Amma meydana çıxan problemləri həll edə bilmədiyi üçün bu iş yarımçıq qalıb.

Nəticədə kömək üçün reablitasiya mərkəzinə mraciət edib və qızları iki il müddətinə orada qalmalı olub.

Uşaq ombusmanı məsələyə qarışandan sonra sənədlərlə bağlı problem həllini tapıb. İlk olaraq DNT analizləri verilib və analıq faktı təsdiqlənib, daha sonra isə doğum haqqında şəhadətnamələr yenilənib. Bundan sonra atalıq hüququları da təsdiq edilib və iki qıza Rusiya vətəndaşlığı verilib.

Məlumata görə, Azərbaycan vətəndaşı olan Mariya Vladiqafqazda 6 ildən çox qanunsuz olaraq yaşayıb. Yaxın zamanda o da, Rusiya vətəndaşlığı almaq üçün müraciət edəcək. (ans)

İnterpress.az