Mövsümə uyğun – Kələm raqusubackend

Mövsümə uyğun – Kələm raqusu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tərkib:
Yarım kələm
4 ədəd kartof
2 ədəd kök
2 ədəd yunan qabağı
3 ədəd pomidor
1 ədəd baş soğan
2 diş sarımsaq
Bitki yağı
Cəfəri, şüyüd
Duz, istiot
Hazırlanması:

Kələm iri şəkildə doğranır, qazanın dibinə yığılır.
Üzərinə iri doğranmış kartof, yunan qabağı əlavə edilir, yağ tökülüb 7 dəq. bişirilir.
Soğan xırda doğranır yağda qızardılır, üzərinə rəndələmiş kök, xırdalanmış pomidor əlavə olunub qovrulur.
Qovrulmuş ərzaqlar kələmin üzərinə əlavə edilir, bir qədər qaynar su töklülür, duz və istiot səpilib təkrar 10 dəq. bişirilir.
Raqu hazır olana yaxın üzərinə xırdalanmış sarımsaq və göyərti səpilir.

İnterpress.az