Divanın altından Tsin sülaləsinə aid nadir artefakt TAPILDI – FOTOLARbackend

Divanın altından Tsin sülaləsinə aid nadir artefakt TAPILDI – FOTOLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İngiltərədə ailə divanın altında 3,3 milyon rubl dəyərində qədim Çin boşqabı tapıb

İnterpress.az xəbər verir ki, bu barədə İngiltərə mediası məlumat yayıb.

Londonda bir ailə onilliklər ərzində divanın altında saxlanılan və 20-ci əsrin əvvəllərində Çindən gətirildiyi bildirilən ailə yadigarının qiymətli artefakt olduğunu öyrənib.

Əşyanın dəyərinin təxminən təxminən 66 min manat olduğu bildirilir.

Mütəxəssislər boşqabın alt hissəsində Çusyuqun sarayı üçün hazırlandığını göstərən nadir dördişarəli möhür aşkar ediblər. Ekspertlər onun 1880-ci illərdə Tsin sülaləsi dövründə imperatriça Tsısinin doğum günü üçün hazırlandığını ehtimal edirlər.

Təxminən 14 kiloqram ağırlığında olan boşqab imperator sarı rəngi, əjdahalar, “alovlu mirvarilər” və yaşıl-badımcan çalarlarında emallarla bəzədilib.

Əşyanın hərracda 20-30 min funt sterlinq (təxminən 45-67 min manat) qiymətinə satılacağı gözlənilir.

Xuraman Etibarlı

İnterpress.az