“Onların işimizə qarışmasına imkan yaratmamalıyıq”backend

“Onların işimizə qarışmasına imkan yaratmamalıyıq”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə deyib.

“Amma gələn adamlar bizim daxili işimizə, dini məsələlərimizə qarışırlarsa, bəzi fikirləri söyləyirlərsə ki, hansısa məsələlər düzgün deyil, bu, bizə gələcəkdə böyük çətinliklər yarada bilər. Ola bilsin ki, bu gün biz onu görməyək. Amma 5-10 ildən sonra bu, cavanlarımıza öz təsirini göstərə bilər. Bunun qarşısını almaq lazımdır və buna qarşı dövlətin tədbiri olmalıdır. Bizim mənəvi həyatımızı itirməyə ixtiyarımız yoxdur. Bizim nəyimiz varsa, Azərbaycanındır. Mən sünni kimi, şiə kimi yaşayıramsa, bu, mənimdir. Xalqım bunu bəyənib, başqa dövlətlərin xadimlərinin, siyasətçilərin işimizə qarışmasına imkan yaratmamalıyıq”, – deyə o vurğulayıb. ( apa )

İnterpress.az