“9 min talassemiya, 700 sifilis, 145 HİV aşkarlanıb”backend

“9 min talassemiya, 700 sifilis, 145 HİV aşkarlanıb”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpres.az xəbər verir ki, bunu Milli Məclisin payız sessiyasının ilk plenar iclasında deputat Elmira Axundova deyib. Deputat xatırladıb ki, əvvəl belə şübhələr olub ki, yeni evlənənlərin xahişi əsasında həkimlər cütlüklərdən təhlükəli xəstəlikləri gizlədəcəklər: “Şükürlər olsun ki, bu təsdiqini tapmadı, həkimlərimiz xəstəliklər haqqında cütlükləri məlumatlandırırlar, habelə ictimaiyyətə geniş informasiya verirlər. Yəni əllərindən gələni edirlər. Bu xəbərləri ictimailəşdirməklə paralel biz də tədbirlərimizi görməliyik”.

Deputat qeyd edib ki, zöhrəvi xəstəliklər sahəsinddə xoşagəlməz vəziyyət yaranıb və vəziyyət gözlənildiyindən də ciddidir: “Mənim təkliflərim ondan ibarətdir ki, Qeydiyyat Şöbələrinə səlahiyyət verilsin ki, gəncləri məcburi müalicəyə göndərsinlər. Zöhrəvi xəstəliklər olduqda isə xəstəlik tam sağalana qədər nikaha daxil olmanı qadağan etsinlər. Sağalması mümkün olmayan HİV və Talassemiya xəstəliklərinə gəldikdə isə nikaha daxil olanlara xəstəliyin əzabları haqda ciddi və geniş informasiya verilməlidir. Əlbəttə, bütün cütlüklər öz seçimlərində sərbəstdir. Amma mənim fikrimcə onlarla ciddi söhbət aparılmalı, bu prosesdə həkimlər və mütəxəssislər də iştirak etməlidir”.

Gülşanə Mustafayeva
İnterpress.az