İnterpress.az xəbər verir ki, Kayseri Meşə və Su İşləri Şöbə Müdirliyi mövzuyla əlaqədar açıqlama verib:
“Şöbəmizə təhlükəli itlərin saxlanması ilə verilən məlumata əsaslanaraq həmin ünvana baş çəkdik. Sözü gedən ünvanda edilən araşdırma nəticəsində təhlükəli pitbul və dog itlər qeydə alınıb. Qanuna uyğun olaraq itlər lazımı orqanlara təhvil verilib. Təhlükəli heyvan irqi bəsləyən şəxsə 3 heyvan üçün ümumi 15 min 918 TL inzibati pul cəzası tətbiq olunub.\” – deyə şöbə müdiri bildirib.
İnterpress.az