Həbsdə olan ilahiyyatçı azadlığa buraxıldıbackend

Həbsdə olan ilahiyyatçı azadlığa buraxıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Vəkil Cavad Cavadlının verdiyi məlumata görə, 1 il 7 ay həbsdə saxlanılan, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə təqsirləndirilən Cəfərov Ceyhun Məmmədəli oğlunun barəsində məhkəmə qaydasında həbs qətimkan tədbiri istintaq orqanının təqdimatı əsasında deyişdirilib və o, həbsdən azad edilib. C. Cəfərovun barəsində başqa yerə getməmək barədə qətimkan tədbiri seçilib: \”Etiraf etmək lazımdır ki, keçmiş Milli Təhlükəsizlik Nazirliyində rəhbərlik dəyişikliyindən sonra peşəkarlığın və qanunun tələblərinə riayət olunmasının səviyyəsi nəzərə çarpacaq dərəcədə artıb. İstintaqın gedişi bizdə bu iş üzrə obyektiv qərar qəbul ediləcəyinə böyük ümidlər yaradır\”.

Qeyd edək ki C. Cəfərov İslam Universitetində dərs deyib. ( apa )

İnterpress.az