“Ölkədə malyariya halları yoxdur”backend

“Ölkədə malyariya halları yoxdur”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, Səhiyyə Komitəsinin sədri, akademik Əhliman Əmiraslanov deputatlara məlumat verərək bildirib ki, “Azərbaycan Respublikası ilə QİSÇ, Vərəm və Malyariya ilə Mübarizə üzrə Qlobal Fond arasında” Çərçivə Sazişi ilə bağlı qrand layihə imzalanıb. “Bu potologiya ilə bağlı xeyli maliyyə ayrılıb. Bu layihənin həyata keçirlməsi çox əhəmiyyətlidir. Təklif edirəm ki, bu qanun layihəsi qəbul edilsin”. Vitse-spiker Ziyafət Əsgərov komitə sədrinə hazırda Azərbaycanda malyariya xəstəliyinin olub-olmaması haqda sual ünvanlayıb. Komitə sədri isə cavabında deyib ki, ölkədə malyariya xəstəliyi halları yoxdur.

Gülşanə Mustafayeva
İnterpress.az