“İstənilməyən körpə qutuları” ləğv olunurbackend

“İstənilməyən körpə qutuları” ləğv olunur

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az “Hurriyet”-ə istinadən xəbər verir ki, Rus senatoru Yelena Mizulina tərəfindən təklif edilən qanun layihəsinə Rusiya höküməti də dəstək verir.
Lakin bu ləğv meşələrə və zibilxanalara tərk edilən ölü körpə sayının artmasına səbəb ola bilər.

Rusiyada anaların gizli şəkildə öz uşaqlarını tərk edə bilməsi üçün müxtəlif yerlərdəki xəstəxanalarda ümumilikdə 20 ədəd “körpə qutusu” var.
BMT-nin Uşaq Hüquqları Komitəsi Rusiyanı 2014-cü ildə hazırladığı bir raportda bu prosesi kəskin tənqid etmiş və bunun qarşısını almaq üçün müxtəlif təkliflər irəli sürmüşdü.
Komitə Rusiyanın planlaşdırılmamış hamiləliklər üçün lazım olan sosial dəstəyi təmin edərək körpələrin tərk edilməsinin səbəblərini aradan qaldırmasını tələb etmişdi.
Bu qutuların olduğu qurumlar 79 min dollar məbləğində cəza ödəməlidir, əks təqdirdə bu qurumlar qanuna tabe olmasa, 3 ay müddətində bağlanacaq.

Rusiyanın yüksək tirajlı “Komsomolskaya Pravda” qəzeti isə yazıb ki, 2011-ci ildən bu günə qədər “körpə qutuları” 50 uşağın həyatını xilas edib.
Senator Mizulina isə qutuların varlığının sosial çətinlik çəkən anaları uşaqları tərk etməyə təşviq etdiyini və cinayət təşkilatları arasında körpə ticarətini artırdığını müdafiə edir.
Senatorun təklifi sosial şəbəkədə birmənalı qarşılanmayıb. Rusiyada “LiveJournal” adlı sosial platformada bir istifadəçi bu sözləri yazıb: “Qadağalar heç nəyi həll etməz.
Abortu və “körpə qutularını” qadağan etdikdən sonra, yeraltı abortları və zibilxanalara atılan uşaqların sayı artacaq. Tvitterdə isə bir istifadəçi məsələyə belə münasibət göstərib: “Əvvəlcə “körpə qutuları” qadağan olunacaq, sonra abort, daha sonra doğum kontrolu həbləri. Orta əslərə geri qayıdış…”

İnterpress.az