Vergilər Nazirliyinə daha bir səlahiyyət verilirbackend

Vergilər Nazirliyinə daha bir səlahiyyət verilir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Interpress.az xəbər verir ki, Bununla bağlı Vergi Məcəlləsinin 24.0.2-1-ci maddəsinə dəyişiklik edilməsi tövsiyə edilib.

Z. Səmədzadə əlavə edib ki, indiyədək vergi ödəyicisi olan fiziki və hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra vergi orqanları həmin məhdudlaşdırmanın götürülməsi barədə 2 iş günü ərzində məhkəməyə müraciət etməli idi. Qanuna təklif edilən bu dəyişiklik qəbul olunarsa, vergi orqanları dərhal həmin məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul edə biləcək.

Qeyd edək ki, \”Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında\” qanun layihəsi fiziki və hüquqi şəxslərin sahibkarlıq fəaliyyəti şərtlərinin asanlaşdırılması və vergi inzibatçılığının çevikliyinin gücləndirilməsi məqsədi ilə hazırlanıb.

Qanun layihəsi səs qoyularaq qəbul edilib.

Interpress.az