“Ümidlərim  yenidən doğulub” – Reportajbackend

“Ümidlərim yenidən doğulub” – Reportaj

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gözləri hələ dünyanın bütün sərtliklərindən xəbərsiz olan körpə uşaq kimi gülürdü. Sevincindən dili dodağı əsirdi, Yanaqları gülüşə bələnmişdir..
Təsvir etməyi uzatmayacağam… Repotajımızı axıra kimi oxuyan oxucularımız yəqin ki, qəhrəmanımızı daha yaxından tanıyacaq, onu göz önündə canlandıra biləcəklər…
Masallı rayonunda yeni açılan və yaxın günlərdə vətəndaşların istifadəsinə verilən “ASAN xidmət\” mərkəzinin əməkdaşı ilə – fiziki imkanları məhdud olan 31 yaşlı İlahə İbrahimbəyli ilə söhbətləşmişik.

"Ümidlərim  yenidən doğulub" - Reportaj

10 il bundan öncə…

…Axşamçağı idi. Ayağımın altına oturacaq qoyub zivərdən paltarları yığırdım. Düşmək istəyəndə oturacaq ayağımın altından qaçdı və mən çox pis yıxıldım. Hər şey o bədbəxt hadisədən sonra başladı.. Yalnız 4 divar arasında qalmışdım. Sabahımın necə olacağın bilmirdim. O zaman Sumqayıt şəhərində yaşayırdım. Uzun zaman müalicə olundum. Sonra \”qoltuq ağacı\” ilə yeriməyə başladım.. Mən qurşaqdan aşağımı hiss etmirəm.

"Ümidlərim  yenidən doğulub" - Reportaj

Və 10 gün bundan qabağ isə

Evdə oturmuşdum… Zəng gəldi ki, Masallı Rayon İcra Hakimiyyətinin nümyəndələri gələcəklər. Heç bir şeydən xəbərim olmayıb. Cənab prezident İlham Əliyevin fiziki imkanları məhdud şəxslərin əməyə cəlb olunmasından, \”ASAN” Xidmət Mərkəzinin bu layihəsindən də…
Mənə durumu izah etdilər. Əvvəlcə 1 saylı “ASAN xidmət\” mərkəzinə CV yolladım. Sonra müsahibə etdilər. Və 2 min fiziki imkanları məhdud şəxslərin arasından isə məni seçdiklərini dedilər. Simamı, danışığımı bəyəndilər. Onu da deyim ki, mən orta təhsilliyəm. Təsəvvürümə gətirməzdim ki, dövlət işində işə qəbul olunaram. İndi burada Məlumat Mərkəzində işləyirəm. Vətəndaşları problemlərinə görə aidiyyatı şöbələrə yönlədirirəm.

Bəs gələcək planlar?..

Biliklərimi, təcrübəmi artırmaq niyyətindəyəm. Əgər bu şərait yaradılıbsa, belə fiziki imkanlarla bu işləri icra edirəmsə, daha yaxşı işlər görə bilərəm. “ASAN xidmət”in bu təşəbbüsü məni yenidən həyata bağladı, motivasiya etdi.

Həmsöhbətimiz 10- gündür işləməsinə baxmayaraq vətəndaşlarla dil tapıb. Sadəcə bir tövsiyəsi var:

“Vətəndaşlar bir az səbirli olsun. Növbə gözləməyə səbirləri çatsın.Yaradılan gözəl şəraiti dəyərləndirsinlər”

"Ümidlərim  yenidən doğulub" - Reportaj

Arzular bitmir ki…

Arzularım daha böyükdür. Arzular bitmir ki… Övladlarımın gələcəyi ilə bağlı planlarım var. Onlara istədikləri həyatı verməyə çalışacağam. İndi işləməyim mənə maddi və mənəvi çox dəstək olur. Uşaqlarım analarını yararsız bilməyəcəklər.

Qeyd edək ki, hazırda 3 fiziki imkanları məhdud şəxs \”ASAN xidmət\” mərkəzində çalışır. Qrum gələcəkdə fiziki imkanları məhdud şəxslərin əməyə cəlb etmək təşəbbüsünü davam etdirmək niyyətindədir.

Gülşanə Mustafayeva
İnterpress.az