İsveçdə qəhrəman elan edilən Türk qızıbackend

İsveçdə qəhrəman elan edilən Türk qızı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, Stokholmda yoldaşlarıyla məktəbdən evə gedərkən bir marketə girdiyini ifadə edən Fortacı, küçədən qadın qışqırığını eşidir və yoldaşlarıyla birlikdə çölə səs gələn tərəfə gedir. Küçədə gördüyü mənzərə heç də ürək açan olmayıb.
Bir kişinin qadını vurduğunu görən Fortacı, küçədəki insanların heç birinin hadisə yerinə yaxınlaşmadığını görür.
\”Yoldaşlarımla qaçıb yanlarına getdik. Adama əvvəl nəzakətlə etməməsini söylədik, ancaq o bizi təhqir edib qadını döyməyə davam edirdi. Mən rəfiqəmlə adama mane olaraq onun əllərini tutmağa çalışdıq. Kişi bizi sərt şəkildə itələdi. Biz də onu itələdik. Digər dostlarım qadını hadisə yerindən uzaqlaşdırdı. Qadın çox qorxmuşdu. Ağlayırdı… Ər-arvadmı, yoxsa sevgili idilərmi bilmirəm. Polisə zəng vurduq. Polis 2 dəqiqə içində gəldi. Həmin vaxt adam hadisə yerindən qaçdı. Qadın ağlayaraq bizə sarıldı, “Siz olmasaydınız nə olardı bilmirəm”dedi. Təşəkkür etdi. Hadisədən sonra hamımız bir yerdə fotoşəkil çəkdirdik. \”
Stokholm polisinin yaşları 13 ilə 15 arasında dəyişən 9 cəsur qızla çəkdirdiyi fotoşəkili Facebook hesabında paylaşması ilə, Fortacı və yoldaşları ölkədə qəhrəman elan edilib. Hadisə zamanı heç qorxmadığını paylaşan gənc qız, rəfiqələri ilə qürur duyduğunu söyləyib, \”Böyüdüyüm zaman dedektiv olmaq istəyirəm\” deyib.

İnterpress.az