Obama və Merkel Əsəd rejimini qınayıbbackend

Obama və Merkel Əsəd rejimini qınayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az “Milliyet”-ə istinadən xəbər verir ki, Obama və Merkel Suriya rejiminin Hələbdəki hücumlarını müzakirə ediblər. Angela Merkel deyib: “Rusiya və Suriya rejiminin, içərisində uşaqların da olduğu yüz minlərlə dinc əhalinin yaşadığı Hələbdəki hücumlarını qınayırıq”.
Siyasi liderlər, Suriyadakı müharibə vəziyyətinin sona çatdırılması və həmin ərazilərə BMT-nin humanist yardımlarının çatdırılması məsələsində eyni fikirdə olduqlarını bildiriblər.
Həmçinin telefon danışığında Obama, Ukrayna məsələsi ilə bağlı Almaniya və Fransanın liderlik etdiyi Normandiya dördlüyünün mövcud səylərini dəstəklədiyini qeyd edib.
Obama və Merkel, Ukraynada bütün tərəfləri atəşkəs vəziyyətinə hörmət etməyə çağırıb və bölgəyə çoxlu sayda müşahidəçi göndərilməsinin vacibliyini vurğulayıblar.

İnterpress.az