Metronun qabağına atılaraq intihar etdi – VİDEObackend

Metronun qabağına atılaraq intihar etdi – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, yerli saatla 12:30 radələrində stansiyada gözləyən 2 uşaq anaları 41 yaşlı Nihayet K. Adlı qadını gözləyirmiş, qatar stansiyaya yaxınlaşdığı zaman qadın özünü dəmiryolun üzərinə atıb.
Qatarın altında qalan Nihayet adlı qadın hadisə yerində can verib. Polis stansiyada təhlükəsizlik tədbirləri həyata keçirib, Kadıköy-Kartal xətti təktərəfli müvəqqəti olaraq bağlanıb.
Qadının cənazəsi hadisə yerində müstəntiqin yoxlanışından keçdikdən sonra metrodan çıxarılıb. Metro xətti 2,5 saatdan sonra təkrar istifadəyə verilib.
Qadının çantasında analizlərin tapıldığı irəli sürülüb. Polis 2 uşaq anası qadının analizlərdən çıxan pis nəticəyə görə intihar etdiyi ehtimalı üzərində dayanır.
Qadının həyat yoldaşı cənazənin aparıldığı Bostancıdakı Fatih Sultan Mehmet xəstaxanasına qaçaraq gəlib. Nihayetin əri jurnalistlərə belə deyib: “Nə olduğunu heç kəs bilmir. Deyiləcək heç nə yoxdur”.
Türkiyənin “Haberturk” saytına açıqlama verən qadını bacısı bildirib ki, bacısı uzun müddət revmatizmaya görə müalicə alıb və o xərçəng xəstəsi deyildi.Bacısının Bu gün həkimə getdiyini deyən Songül, onun həkimdə nə öyrəndiyini bilmədiyini deyib. Songül həmçinin əlavə edib: “ Axırıncı dəfə bir həftə əvvəl zəng etmişdi. Gülə-gülə danışırdı. Müalicəsi davam edirdi. Xərçəng xəstəsi deyildi. Ancaq psixologiyası pozulmuş ola bilər. İntiharın anlıq bir şey olduğunu düşünürəm”.

İnterpress.azhttps://youtube.com/watch?v=rthccfwZtUE