“Bank Standart”ın lisenziyası ləğv edildibackend

“Bank Standart”ın lisenziyası ləğv edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu barədə Direktorlar Şurasının sədri Rüfət Aslanlı məlumat verib. O, bu qərarı belə əsaslandırıb:

“Öhdəliklərin idarə olunmasında çətinliklər yaranıb. 3 ay müddətinə müvəqqəti inzibatçılıq təyin edilmişdi. 5000 manata qədər olan əmanətlərin və sosial ödənişlərin ödənilməsi təmin edilib. Ancaq bankı idarə etmək bizim səlahiyyətimiz deyil. Bankın sağlamlaşdırılması məqsədilə qərar qəbul edilib”.

Şura sədri bankda qorunan əmanətlər haqda da danışıb:

“Banka müvəqqəti inzibatçı təyin edilib. “Bank Standart” Əmanətlərin Sığortalançası Fondunun üzvüdür. Bankda qorunan əmanətlərin böyük əksəriyyəti xarici valyutadadır. Qorunan əmanətlər əhaliyə tez zamanda ödəniləcək. Əmanətçilər bu barədə narahat olmasınlar. Ən geci iki həftə ərzində qorunan əmanətləri kompensasiya edə bilirik. Bankın 520 milyon manat əmanəti var. 460 milyon manatı qorunan əmanətdir. Bütövlükdə fiziki hesaba malik olan şəxslərin sayı 260 mindən artıqdır. Bunların da 40 minə yaxın əmanət hesabı var”.

Rüfət Aslanlı bu qərara görə təəssüfləndiyini qeyd edib:

“Biz təəssüf edirik ki, 1995-ci ildən fəaliyyət göstərən, maliyyə bazarlarına yeniliklər gətirən bir bank maliyyə bazarlarını tərk edir. Ancaq bu qərarı verməliydik. Hökumətin də səylərinə baxmayaraq bankın dayanıqlığını təmin edə bilmədik. Bankın ləğvetmə prosesi zamanı “Standart Sığorta” ilə münasibətlərinə aydınlıq gətiriləcək. Biz sığorta şirkətlərinin aidiyyatı banklarda saxladığı pulu onun kapitalı kimi nəzərə almırıq. Bankın bağlanması sığorta şirkətinin bağlanması demək deyil. Amma bu onun da fəaliyyətinə təsir edəcək”.

Qeyd edək ki, “Bank Standart” keçmiş İqtisadi inkişaf naziri Heydər Babayevə məxsus idi. ( qafqazinfo.az )

İnterpress.az