Rüfət Aslanlı: “Standard İnsurance”in vəziyyəti nəzərdən keçiriləcəkbackend

Rüfət Aslanlı: “Standard İnsurance”in vəziyyəti nəzərdən keçiriləcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Report” xəbər verir ki, bunu Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Direktorlar Şurasının sədri Rüfət Aslanlı bu gün keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, “Standard İnsurance”in öhdəliklərinin zəmanətçisi olan sığorta ehtiyatlarının bir qismi “Bank Standard”da depozit kimi yerləşdirilib, bu baxımdan sığorta şirkətinin vəziyyəti qiymətləndirilməlidir.

“Bankın bağlanması hələ sığorta şirkətinin də bağlanması demək deyil. Amma bundan sonra “Standard İnsurance”in rəhbərliyi bazarda “Bank Standard”ın qalmasına imkan verən strategiya üzərində düşünməli, biznesə baxışları dəyişməlidir. Ümid edirik ki, şirkət yeni vəziyyətə uyğun strategiyanı bizə təqdim edəcək”.

İnterpress.az