Masallıda “ASAN”la bir gün- FOTOREPORTAJbackend

Masallıda “ASAN”la bir gün- FOTOREPORTAJ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

…Bu mərkəzin tikintisinə 2015-ci ilin may ayında başlanılıb, 2016-cı il ilin avqust ayında tikinti başa çatıb. “ASAN həyat” kompleksi 4 mərtəbəli inzibati binadan və 6 ictimai iaşə obyektləri üçün nəzərdə tutulan binalarından ibarətdir.

Masallıda "ASAN"la bir gün- FOTOREPORTAJ

Müxtəlif sərgi, tədbir, təqdimat və təlimlərin keçirmək istəyənlər Heydər Əliyev İncəsənət Məktəbinin imkanlarından yararlana bilərlər.

Masallıda "ASAN"la bir gün- FOTOREPORTAJ

Masallılı Intelektulların diqqətinə…

Cənub bölgəsində bütün növ intellektual oyunların inkişafına kömək etmək, həmçinin gənclərin asudə vaxtlarını səmərəli keçirməsi, dəyərləndirməsi üçün “ASAN Intellektual” gənclər mərkəzi Intelektulların yolun gözləyir.

Kino Klub…

Cənubluları yerli istehsal olan, “Axırıncı aşırım”ı da, “Dərs” filimləri ilə yanaşı əcnəbi kinolara da baxmaq şansları olacaq. \” Kino Klub\” da bütün müasir filimlər, kinokomediyaların nümayişi nəzərdə tutulub.

Masallıda "ASAN"la bir gün- FOTOREPORTAJ

Masallıda "ASAN"la bir gün- FOTOREPORTAJ

“ABAD”- bir ailə brendi

Cənub regionunda ailə təsərrüfatlarının qurulmasında məsləhət, əlaqələndirmə və prosesə nəzarət funksiyasını həyata keçirəcək Ailə Biznesinə ASAN Dəstək Mərkəzi.
Mərkəzin yaradılmasının əsas məqsədi regionların sosial-iqtisadi inkişafına dəstək vermək, regional inkişafda vətəndaş iştirakını təmin etmək, bölgə əhalisinin məşğulluq səviyyəsinin artırılmasına nail olmaqdır. Daha da sadə dildə yazsaq alma bağlı olan və təsərrüfatını genişləndirib özünə biznes qurmaq istəyən vətəndaş bu layihəyə qoşulub biznes qura bilər. Burada vətəndaşa tekniki, hüquqi, reklamı ilə bağlı yardım göstərilir. Bir sözlə “ABAD”-la bir ailə brendi, və ya markası yaratmaq mümkündür.

Masallıda "ASAN"la bir gün- FOTOREPORTAJ

Bəs kimlər “ABAD”-la biznes qura bilər?

Şərtlər sadədir. Təsərrüfaqtının olması kifayətdir. İlkin olaraq müxtəlif istehsal sahələrinə uyğun olaraq ailələr seçilir. Seçilmiş ailələrə avadanlıqlardan istifadə və istehsal gigiyenası, sənədlərin hazırlanması, qablaşdırma və dizayn, məhsulların bazara çatdırılması üzrə təlimlər keçirilir. Seçilmiş ailələr müasir istehsal avadanlıqlara malik konteynerlərlə təmin olunurlar.

Masallıda "ASAN"la bir gün- FOTOREPORTAJ

ASAN – Brand Store

Suvinerlərdən tutmuş, idman geyimləri, aksessuarlar, və s. kimi məhsulları xüsusi dizaynla “ASAN xidmət” brendli adı altında satışa çıxardılıb. “ ASAN xidmət” mərkəzinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Anar Hüseynov bildirir ki, bu məhsullar həm yerli həm də xarici istehsaldır:
“Özəl bir şirkətlə anlaşma sayəsində bu əməkdaşlığa imza atmışıq. “ASAN”ın məhsullrına daha çox gənclərin marağı var. Dünyada belə bir tendensiya var ki, qrum öz adı altında məshullarını istehsal etsin. Bizdə bu praktikadan yararlanırıq”.

Masallıda "ASAN"la bir gün- FOTOREPORTAJ

Masallıda "ASAN"la bir gün- FOTOREPORTAJ

Masallıda "ASAN"la bir gün- FOTOREPORTAJ

Gülşanə Mustafayeva
İnterpress.az