Qazaxda Mercedes yandı: 1 ölü – YENİLƏNİBbackend

Qazaxda Mercedes yandı: 1 ölü – YENİLƏNİB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qazax rayonu, Çaylı kəndi ərazisində \”Mercedes\” markalı minik avtomobilinin yol kənarına aşması nəticəsində yanğınla nəticələnən yol-qəza hadisəsi baş verib.

İnterpress.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, dərhal nazirliyin Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunub. Yanğın nəticəsində avtomobilin mühərrikinin və idarəetmə lövhəsinin yanar hissələri yanıb.

Qəza zamanı avtomobilin sahibi müxtəlif bədən xəsarətləri alıb. Sərnişin 1974-cü il təvəllüdlü Axundov Elşad Şahvələd oğlu isə aldığı ağır bədən xəsarətlərindən hadisə yerində vəfat edib. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Cəsəd və yaralılar yanğınsöndürən-xilasedicilər tərəfindən aidiyyatı üzrə təhvil verilib.

***

Bu barədə İnterpress.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.

Nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Qazax rayonun Çaylı kəndi ərazisində \”Mercedes \” markalı minik avtomobili idarəetməni itirərək yol kənarına aşması nəticəsində yanğınla nəticələnən yol-qəza hadisəsi baş verməsi barədə məlumat daxil olub.

Dərhal FHN-nin Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunub.

Yanğın nəticəsində avtomobilin mühərrikinin və idarəetmə lövhəsinin yanar hissələri yanıb.

Qəza zamanı avtomobilin sahibi müxtəlif bədən xəsarətləri almış, sərnişin 1974-cü il təvəllüdlü Axundov Elşad Şahvələd oğlu isə aldığı ağır bədən xəsarətlərindən hadisə yerində vəfat edib.

Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Cəsəd və yaralılar yanğınsöndürən-xilasedicilər tərəfindən aidiyyatı üzrə təhvil verilıb.

Əməliyyat saat 23:09-da başa çatıb.

İnterpress.az