Bunu jurnalistlərə açıqlamasında Avropa Komissiyasının iqlim məsələləri üzrə komissarı Miqel Arias Kanete söyləyib.
Paris iqlim sazişinin qlobal tətbiqi üçün atmosferə buraxılan zəhərli qazların 55%-nə nəzarət edən ölkələr buna imza atmalıdırlar. İndiyə qədər bu razılaşmaya 61 ölkə imza atıb. Bu ölkələrin hamısı bir yerdə atmosferə buraxılan zəhərli qazların 48%-nə nəzarət edirlər. AB bu müqaviləyə qoşulacağı təqdirdə razılaşma tam qüvvəyə minəcək. Əgər AB bu müqaviləni oktyabr 7-nə qədər ratifikasiya etməsə, noyabrın əvvəlində keçiriləcək iqlim konfransında səs hüququndan məhrum olacaq.
Paris iqlim sazişi 2015-ci ilin dekabrında imzalanıb.
İntepress.az