Pakistanda Hindistan filmlərinə qadağabackend

Pakistanda Hindistan filmlərinə qadağa

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qadağa ölkənin ən böyük şəhərlərində, Kəraçi, Lahor və paytaxt İslamabadda qüvvədədir.
Kioneatrlar filmləri ən azı bir neçə həftə nümayiş etdirməyəcəklər. Qadağanın müddəti Pakistanla Hindistan arasında əlaqələrin normallaşmasınadək uzadıla bilər.
Kinoteatr sahibləri maliyyə itkilərilə üzləşəcəklərini etiraf edirlər.
Bu qərardan bir gün əvvəl Hindistanda kino istehsalatçılarının birliyi bildirib ki, pakistanlı aktyorlara Bollivudda işləməyi qadağan edir.
Pakistanda Hindistan filmləri odluqca populyardır.
Pakistanla Hindistan arasında münasibətlər Kəşmir münaqişəsi ətrafında qızışan mübahisəyə görə yenidən gərginləşib.
Ötən ay bölgədəki Hindistan hərbçilərinə hücum 18 əsgərin ölümü ilə nəticələnmişdi.
Hindistan hücuma görə Pakistanı təqsirləndirib. İslamabad hadisəyə aidiyyatı olmadığını bildirir.
Cümə günü Pakistan sərhədinə yaxın Hindistan kəndlərinin sakinləri evlərini tərk edib bölgədən uzaqlaşmağa başlayıblar. (bbc)

İnterpress.az