Hələb yenidən bombardman edildibackend

Hələb yenidən bombardman edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Suriyanın Hələb şəhəri yenidən hava zərbələrinə məruz qalıb. Məlumatlara əsasən həmlədə istifadə olunan çəllək bombaları ötən həftə bombardman edilmiş xəstəxanaya da düşüb.
Gecə ərzində hökumət qüvvələrilə üsyançılar bir-birlərinin mövqelərini ağır sılahlardan atəşə tutublar.
Ötən ay Rusiya ilə ABŞ arasında əldə olunmuş atəşkəs razılaşmasının pozulmasından sonra hökumət qüvvələri şəhərin şərqindəki üsyançı mövqelərinə həmlələrini gücləndirir.
ABŞ Dövlət departamenti həmlələrə görə prezident Bəşər əl-Əsədə dəstək göstərməkdə təqsirləndirdiyi Moskvanı tənqid edib.
Rusiyanın hərbi əməliyyatları Suriyadakı mötədil silahlı müxalifəti esktremist qüvvələrə doğru yönləndirir, ABŞ bildirib. Dövlət Departamentinə əsasən Moskvanın addımları onsuz da qarışıq vəziyyəti daha da mürəkkəbləşdirir.
Bundan əvvəl ABŞ Suriya məsələsində Rusiya ilə əməkdaşlığı dayandıra biləcəyinə dair xəbərdarlıqla çıxış edib. Öz növbəsində Moskva Washingtonu razılaşmalara əməl etməməkdə ittiham edir. Rusiya bildirib ki, ABŞ Bəşər əl-Əsədə qarşı vuruşan cihadçılara hücum etmir. (bbc)

İnterpress.az