Erməni rejissor Sarkisyana: “Qatarınız artıq gedib…”backend

Erməni rejissor Sarkisyana: “Qatarınız artıq gedib…”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rrejissor öz Facebook səhifəsində Sarkisyan hökuməti haqqında ürək sözlərinm paylaşıb:

\”Moskvadan Karen Karapetyan olmasın, kim gəlirsə, gəlsin, hətta Vladimir Putin özü baş nazir olmağa razılıq versə belə, yenə də qurtula bilməyəcəksiniz. Hətta Putini \”Papa\” deyə taclandırmağınız sizi xilas edə bilməyəcək. Hətta sizin 100 belə İsgəndəriniz olsa və siz onları imarətlərinizdə saxlasanız belə yenə də uduzursunuz. Çünki siz uduzaraq gəlmisiniz, hətta uduzaraq dünyaya gəlmisiniz və bu cür də gedəcəksiniz.

Sizin çekist ədalı və meşşansayağı dar düşüncəli və bolşevik həyasızlığı ilə qatarınız artıq gedib. Hətta relsləri də sökülüb. Siz hamınız bir nəfərə kimi keçmişin qalıqları, ölməklərinə inanmadıqları üçün bu dünyadan köçmək istəməyən ölü ruhlarsınız.

Sizlərdən ötrü özünüz kimi meyidt vəziyyətində olan Moskvadan xüsusi reanimatoloqlardan ibarət xüsusi qrup göndəriblər ki, burada rus ağalarınızın ölkəni dağıtmaqla bağlı planını yerinə yetirmək mümkün olsun.

Yadda saxlayın, siz artıq yoxsunuz, sizin yerinizə isə talan etdiyniz pullar danışır, lakin bu da əbədi deyil.

Hələ bu vaxtə qədər külə dönüb özündən sonra hətta adındakı bir hərfi belə qoymayaraq yola salınan və gedən olmayıb. Lakin tezliklə gələnlər bir vaxtlar sizin qızıl, bolşevik dədələrinizə etdikləri kimi, sizin adınızı yox edəcəklər ki, ölkə tarixində rəzil səhifələrdən biri silinsin…\” (azvision.az)

İnterpress.az