Nahara – Ət salatıbackend

Nahara – Ət salatı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tərkib:
100 qr mal əti
2 ədəd yumurta
1 ədəd pomidor
50 qr “brınza” pendiri
1 ədəd kök
2 yarpaq kahı
¼ dəstə cəfəri
1 x.q. zeytun yağı
Kapers – 20qr
Limon suyu
Duz, istiot

Hazırlanması:
Bişmiş ət və pendir dördkünc doğranır.
Kök sürtgəcdən keçirilir.
Cəfəri, kahı xırda doğranır.
Ərzaqlara kapers, limon suyu, zeytun yağı əlavə olunur, duz, istiot səpilib qarışdırılır.
Qaynadılmış yumurta, pomidor dilimlənir.
Salatın üzərinə yumurta və pomidor dilimləri qoyulub servis edilir.

İnterpress.az