Dini ayin icra edildikdən sonra Roma papası nitq söyləyib və müqəddəs \”İncil\” kitabından sitatlar gətirib.
Roma papası insanlara imanlarını artırmağa çağırış edib. O qeyd edib: \”İman bizi rəbbimizə bağlayan qızıl bir ip olmalıdır, iman hıyatımıza bərabər olan bir hədiyyədir\”.
Roma papası müqəddəs Məryəmin sözlərinə əsaslanaraq Bakıda mesajını çatdırıb. O deyib: “İmanın bəhrəsi sevgidir, sevginin bəhrəsi ibadətdir, ibadətin bəhrəsi sülhdür”. (trend)
İnterpress.az