“Referendumun nəticələri böyük islahatların başlanğıcıdır”backend

“Referendumun nəticələri böyük islahatların başlanğıcıdır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az ATƏT PA-nın rəsmi saytının verdiyi məlumata əsasən xəbər verir ki, qurumun Daimi Komitəsinin iclasında ATƏT PA-nın vitse –prezidenti Azay Quliyev Cənubu Qafqaz üzrə xüsusi nümayəndəsi Kristian Vigenin Azərbaycanda keçirilən referendumla bağlı toxunduğu məsələ ilə əlaqədar çıxış edib.

Millət vəkili bildirib ki, sentyabrın 26-da keçirilən referendumun nəticələri Azərbaycan xalqının iradəsini ifadə edir və Konstitusiyaya edilən əlavə və dəyişikilər xalqımızın maraqlarına tam cavab verir: \”Referendumun nəticələri yeni islahatların başlanğıcıdır və Azərbaycan xalqı bu məsələyə böyük ümidlə yanaşır.

Referendumu 30 ölkədən olan 147 beynəlxalq və minlərlə yerli müşahidəçi, o cümlədən AŞPA –nın nümayəndələri yaxından izləmiş və referendumun keçirilməsini və onun rəsmi nəticələrini azad, ədalətli , demokratik və legitim hesab etmişdir. Səsvermə zamanı seçicilər böyük fəallıq nümayiş etdirmişlər\”.

İnterpress.az