Tərkib:
4 ədəd heyva
1 x.q. şəkər tozu
500 ml su
1 x.q. bal
mixək
razyana
1 ədəd limon
Hazırlanması:
Su, bal və şəkər qarışdırılıb qaynadılır.
Üzərinə ikiyə bölünmüş heyva yerləşdirilir.
Heyvanın üzərinə rəndələnmiş limon qabığı, limon suyu, mixək və razyana əlavə edilib bişirilir.
Bişmiş heyva sərbətdən çıxarılır, üzərinə təkrar şərbət tökülüb formaya qoyulur.
30 dəq. sobada bişirilib soyudulur.
İnterpress.az