Boyun osteoxondrozu zamanı nə edək?backend

Boyun osteoxondrozu zamanı nə edək?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Boyun osteoxondrozu zamanı boyunda ağrılar, keyimə hissi, başgicəllənməsi, baş ağrıları kimi simptomlar meydana çıxır.
Boyun osteoxondrozu zamanı bəzi xalq təbabəti vasitələri çox yaxşı kömək edir.
– Bal kompresi. Pambıq parçaya bal çəkin, boyun nahiyəsinə qoyun, üzərini sellofan plyonka, sonra yun şərflə bağlayın və bu kompreslə yatın.
– 3-4 sm olan zəncəfil kökü sürtgəcdən keçirilir, 4 diş sarımsaq sarımsağəzənlə əzilir, qarışdırılır. Kütləyə eyni miqdarda vazelin əlavə olunur, yaxşı qarışdırılır, pambıq parçaya çəkilir, boyun nahiyəsinə qoyulur.
– 300 qr iynəyarpağı blenderdə əzilir. Yuxarıda göstərildiyi kimi kompres şəklində istifadə olunur.
Bütün bu vasitələr boyun osteoxondrozu zamanı ağrısızlaşdıran və iltihabəleyhinə təsir göstərir. (saglamolun.az)

İnterpress.az