Çox portağal yemək qadınlara ziyandırbackend

Çox portağal yemək qadınlara ziyandır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Britaniya alimləri bu qərara gəliblər ki, dünyada çox məşhur olan limon və xüsusilə də portağal insanların sümük sisteminə zərər vura bilər.
22 il ərzində 78 min qadının sağlamlığı müayinə edilib. Alimlərin müşahidəsinə görə, tədqiqatın 778 iştirakçısının dişlərinin vəziyyəti kəskin pisləşib.
Təhlil göstərib ki, bu meyvələrdən daimi istifadə edən qadınların 41%-nin dişlərində və diş ətlərində problem müşahidə edilib.
Problemin əsas səbəbkarı kimi portağalda olan fruktoza sayılıb.
Alimlər qadınlara problemdən qurtulmaq üçün portağaldan həftədə 2-3 dəfə istifadə etməyi məsləhət görüblər.

İnterpress.az