“5 rayondan çıxma təklifi  reallığın xəyali təsəvvürüdür”backend

“5 rayondan çıxma təklifi reallığın xəyali təsəvvürüdür”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az Dağlıq Qarabağ ətrafında gedən Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı Rusiya və Ermənistan rəsmilərinin bəyan etdiyi fikirləri təqdim edir:
Rusiya Federasiyasının İrəvandakı səfiri İvan Volonkin jurnalistlərin Türkiyə Xarici İşlər Naziri Mövlud Çavuşoğlunun “Qarabağ anonsu” məsələsi ilə bağlı suallarına cavab verərkən deyib:
“Qarabağ münaqişəsi sadəcə Minsk qrupunun vasitəçiliyi ilə həll edilə bilər”
Volonkin açıqlamasında bu sözləri xüsusilə vurğulayıb: “Problem sadəcə Minsk qrupu vasitəçiliyi ilə həll edilə bilər. Başqa hansısa dövlət müdaxilə edə bilməz. Hər şey Minsk qrupu çərçivəsində həll ediləcək”.
Rus diplomat bu ayın sonu ATƏT-in Minsk qrupu həmsədrlərinin bölgəyə səfər edəcəklərini xatırladıb. Qrup Dağlıq Qarabağı ziyarət etməyi planlaşdırır.

Rusiya dövlət başçısının köməkçisi Yuri Uşakov isə: “Münaqişənin yaxın zamanlarda həlli məsələsinə nikbinliklə yanaşdığımızı söyləyə bilmərəm. Ancaq Bakı və İrəvanla təkidlə işləməyə davam edəcəyik”.
Uşakov müzakirələrlə bağlı detallara girmədən fərqli və alternativ təkliflərin dəyərləndirildiyini ifadə edib: “Ancaq təkrar edirəm, xüsusilə nikbin olmaq üçün əsas yoxdur”.
Uşakov: Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv dövlətlər İrəvanda hava müdafiə qurğularının təktərəfli tətbiqinin beynəlxalq təhlükəsizliyə təsiri və Qarabağ problemi ilə əlaqədar bəyanat qəbul edəcəklər.
Uşakov açıqlamasında bir qismi qapalı mahiyyətli olmaqla 24 sənədin imza üçün hazırlanacağını söyləyib.

“5 rayondan çıxma təklifi  reallığın xəyali təsəvvürüdür”

13 oktyabrda AŞPA-nın iclasında “Çevriliş cəhdinin müzakirəsi altında Türkiyədə vəziyyət” mövzusunda keçirilən görüşdə Ermənistan Milli Məclisinin sədr müavini, AŞPA-nın Ermənistan nümayəndəliyinin sədri Hermine Nağdalyan, Türkiyə Xarici İşlər Naziri Çavuşoğlunun çıxışına da münasibət bildirərək, Dağlıq Qarabağ danışıqlar müddətində 5 rayondan çıxma təklifini reallığın xəyali təsəvvürü adlandırıb.
Nağdalyan reallıqda Dağlıq Qarabağ probleminin həllinin, Dağlıq Qarabağ xalqının hüquqi yollarla təmin edəcəyi məsələ olduğunu bəyan edib. O, bunun Dağlıq Qarabağın statusunun müəyyən edilməsinə yönəldiyini bildirib.
AŞPA-dakı Ermənistan nümayəndəliyinin rəhbəri Hermine Nağdalyan Türkiyədə müşahidə müddətinin təkrar başladılmasını təklif edib.
Nağdalyan Çavuşoğlunun erməni-türk münasibətlərinə dair fikirlərinin manipulyativ olduğunu söyləyib: “Əgər Türkiyə həqiqətən Ermənistanla münasibətlərini tənzimləmək niyyətindədirsə, o zaman 2009-cu ildə imzalanan Zürih protokollarını təsdiqləyər və həyata keçirərdi”. Nağdalyan çıxışında Türkiyədə çevriliş cəhdinə və demokratiyanın mərhələlərinə də toxunub.

“5 rayondan çıxma təklifi  reallığın xəyali təsəvvürüdür”

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev APA-ya açıqlama verərək, Uşakovun fikirlərinə münasibət bildirib.
H. Hacıyev qeyd edib ki, Y. Uşakov tərəfindən səsləndirilən bu açıqlama prezidentlərin Vyana və Sankt-Peterburq görüşlərinin ruhuna və ATƏT-in Minsk qrupunun həmsədrlərinin prezidentlər səviyyəsində \”status-kvo\”nun qəbuledilməzliyi və qeyri-davamlılığı haqqında dəfələrlə verdikləri bəyanatlara ziddir.
\”Bu açıqlama Rusiyanın xarici işlər naziri Sergey Lavrovun regiona intensiv səfərləri əsnasında münaqişənin həlli ilə əlaqədar aparılmış detallı müzakirələrə də uyğun gəlmir”.

“5 rayondan çıxma təklifi  reallığın xəyali təsəvvürüdür”

Aytək Yusifsoy
İnterpress.az