Polis tərəfindən saxlanılaraq Bakı Metropoliteninin Mühafizəsi üzrə Polis Şöbəsinə aparılan 22 yaşlı Samir Aslanov barəsində İnzibati Xətalar Məcəlləsinin 306-cı (metropolitendən istifadə qaydalarının pozulması) maddəsi ilə protokol tərtib edilib və o cərimələnib.
Bildirilir ki, Bakı şəhəri Keşlə qəsəbəsində yerləşən zavodda fəhlə işləyən S.Aslanovun son vaxtlar sevdiyi qızla bağlı problemi olub və depressiyaya düşən gənc metronun tunelində gəzərək fikrini dağıtmaq istəyib. ( admiral.az )
İnterpress.az