İnterpress.az xəbər verir ki, məqalədə deyilir ki, oğlan uşağına hamilə qalmaq istəyənlər bolluca qoyun əti yeməli, səhər yeməyini heç vaxt unutmamalı və üzü sol tərəfə yatmalıdırlar.
\”The Guardian\” yazır ki, Mangalam adlı bu qəzetin oxucularına verdiyi qəribə məsləhətlər Hindistan cəmiyyətində dərin kök atmış bir sıra mühüm problemlərdən xəbər verir.
Hindistan mədəniyyəti bir qayda olaraq oğlan uşaqlarına imtiyazlı status verir.
Mangalam qəzeti də məsləhət görür ki, oğlan uşağı doğmaq istəyən qadınlar üçün ən münasib yeməklər qoyun əti və kişmişdir. Oğlan atası olmaq istəyənlər də məsləhətsiz qalmayıblar. Qəzet yazıb ki, kişilər turşuluğu yüksək olan qidalardan uzaq durmalıdırlar.
Qəzetin guya daha bir \”elmi\” məsləhəti budur ki, oğlan valideyni olmaq istəyən cütlər \”məhəbbətlə\” həftənin 1, 3, 5 və 7-ci günləri məşğul olmalıdırlar.
\”The Guardian\” yazır ki, Hindistan cəmiyyətində oğlan uşaqlarına verilən üstünlük nəticəsində hər il on minlərlə qız uşağına hamilə qadın aborta məruz qalır. Bunun nəticəsində əhalinin cinsi tərkibində ciddi uyğunsuzluq yaranır.
Rəsmi rəqəmlərə görə Hindistanda doğulan hər 1000 oğlan uşağına 940 qız uşağı düşür.
Ölkənin şimalındakı Haryanada isə vəziyyət daha acınacaqlıdır. Burada hər 1000 oğlana 830 qız düşür.
Aparıcı vətəndaş cəmiyyəti fəalı Ranjana Kumari deyir ki, belə fəlakətli vəziyyətin aradan qaldırılması üçün əhali arasında maarifləndirmə işinə ciddi ehtiyac var.
Onun fikrincə bu istiqamətdə aparılan təbliğat kampaniyalarında adamlara izah edilməlidir ki, qız uşaqları da təhsilli, ağıllı və ailələri üçün qayğıkeş insanlar ola bilərlər.
Kumari deyib ki, Mangalam qəzetinin çıxdığı Kerala ştatı Haryanadan fərqli olaraq təhsilli ştat sayılır, ona görə burada elm adına belə \”gic-gic məsələhətlər\” verilməsi təəccüb doğurub.
Hindistanın baş naziri Narendra Modi qız uşaqlarının abort edilməsi praktikasını qətiyyətlə pisləyib.
O qız uşaqlarının ana bətnində öldürülməsini qədim hind müqəddəs kitablarında adı çəkilən bədxah kral Ravanaya bənzədib.
Ravananın müqəvvası hər il keçirilən dini mərasimdə yandırılır. (bbc)
İnterpress.az