İnterpress.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytınaistinadən xəbər verir ki, Binəqədidə ümumi sahəsi 730 m² olan birmərtəbəli birdam altında tikilmiş 8 ailəyə məxsus yaşayış evində vətəndaşa məxsus ümumi sahəsi 100 m² olan 4 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları, digər otaqların tavanı ümumilikdə 11 m² sahədə və ümumi evin dam örtüyünün yanar konstruksiyaları 170 m² sahədə yanıb.
Mənzilin qalan hissəsi və qonşu mənzillər yanğından mühafizə olunub. Yanğın saat 20:51-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
İnterpress.az