Bu barədə hadisə ilə bağlı yaradılan operativ qərargahdan bildirilib. Qərargahdan verilən məlumata görə, itkin düşən neftçilərin axtarışları davam etdirilir:
“Axtarışlar nəticəsizdir. Tək bir şəxsin, İlham Qafarovun meyiti hadisədən bir neçə saat sonra tapılıb və aidiyyatı üzrə təhvil verilib.”
Qərargahdan onu da bildiriblər ki, itkin düşən neftçilərin axtarışlarına 11 gəmi, 2 helikopter cəlb olunub.
Dünən səhər saatlarında “Azneft” İctimai Birliyinin strukturuna daxil olan N.Nərimanovadına Neft və Qazçıxarma İdarəsinin 1-ci mədənindəki köşk dənizə aşıb. Hadisə nəticəsində Neft Yığım Məntəqəsinin növbədə olan 5 nəfər və yaşayış köşkündə olan 5 nəfər (cəmi 10 nəfər) əməkdaşı itkin düşüb.
İnterpress.az