Mülki Müdafiə Qoşunları da itkin neftçiləri axtarırbackend

Mülki Müdafiə Qoşunları da itkin neftçiləri axtarır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu haqda i.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətinin rəhbəri Oktay Bayramov məlumat verib.

Onun sözlərinə görə, hazırda Fövqəladə Hallar Nazirliyi Aviasiya dəstəsinin üç helikopteri, “Vixr-5”, “Vixr-8” və “Svetlomor-2” gəmiləri Xəzər dənizində axtarış işlərində iştirak edir:
“Bununla yanaşı, FHN-in Dövlət Sularda Xilasetmə Xidmətinin və Mülki Müdafiə Qoşunlarının şəxsi heyəti sahilboyu ərazilərdə axtarış işlərinə cəlb olunub”.
İlkin məlumata görə, hadisə nəticəsində Neft Yığım Məntəqəsinin növbədə olan 5 nəfər və yaşayış budkasında olan 5 nəfər (cəmi 10 nəfər) əməkdaşı itkin düşüb:

1. Zülfüqarov Güloglan – maşinist

2. Zülfüqarov Azay – operator

3. Qurbanov Vidadi – operator

4. Həsənov Elçin – mexanik

5. Hacıəliyev Həsənağa – operator

6. Qafarov İlham – operator

7. Əsədov Samir – operator

8. Bəhrəmov Cavid – operator

9. Abbasov Ramiz – maşinist

10. Rüstəmov Qorxmaz – operator

Rəsmi məlumata görə, yalnız bir nəfər-İlham Qafarovun meyiti sudan çıxarılıb. Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlının məlumatına görə, itkin neftçilərdən Cavid Bəhrəmovun da meyiti tapılıb.