Müdafiə naziri Səudiyyədə başıaçıq gəzdibackend

Müdafiə naziri Səudiyyədə başıaçıq gəzdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, \”The İndependent\” yazır ki, Almaniyanın müdafiə naziri, xanım Ursula von der Leyen Səudiyyə Ərərbistanına səfər zamanı müsəlman qaydalarına uyğun olaraq əba geyinməkdən imtina edib.
Səudiyyə qadınlarının geyindikləri uzun qara əba üzü açıq qoysa da bədəni boyaboy örtür.

Angela Merkelin naziri Riyadda keçirdiyi danışıqlarda Avropa qadının adi işgüzar geyimində olub və onun sarışın saçları başının arxasında daraqlanmışdı.
Xristian Demokrat İttifaqı partiyasının üzvü və Almaniyanın tarixində ilk qadın müdafiə naziri Ursula von der Leyen Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman əs-Səudla görüşürdü.

\”Əlbəttə mən hər hansı ölkənin adətlərinə hörmət edirəm. Çalışıram ki, onlara mümkün qədər riayət edim, – deyib xanım Leyen Almaniyanın Bild məcmuəsinə, – Lakin mənim hər hansı ölkənin adətlərinə adaptasiya olunmağımın hədləri var. Mən başımı örtmürəm və şalvar geyinirəm\”.
\”Mənim nümayəmində heyətində heç bir qadın əba geyinmək məcburiyyətində deyil. Nə geyindikləri barədə qərar vermək həm kişilərin, həm də qadınların haqqıdır\” – deyib müdafiə naziri.

Xanım Leyen bildirib ki, onun qadınların zorla əba geyinməyə məcbur edilməsindən zəhləsi gedir.
Səudiyyəyə səfər zamanı çəkilmiş fotolarda xanım Leyen qara kostyumdadır.
\”The İndependent\” yazır ki, bəzi xəbərlərə görə Riyaddakı Almaniya səfirliyi 58 yaşlı naziri müşayiət edən nümayəndə heyətindəki qadınlara əba paylamışdı.

Sosial mediada bəzil müsəlmanlar Almaniya nazirinin hərəkətini Səudiyyə Ərəbistanı üçün təhqir hesab etdiklərini yazıblar.
Lakin xanım Leyenin əba geyinməməsi Səudiyyənin özündə böyük hay-küyə səbəb olmayıb.

\”The İndependent\” xatırladır ki, bu ölkəyə səfər zamanı birinci ledi Michelle Obama, kansler Angela Merkel, keçmiş dövlət katibləri Hillary Clinton, Condoleeza Rice və keçmiş birinci xanım Laura Bush da başlarını örtməkdən imtina etmişdilər.
Xanım Leyen və onun 31 yaşlı Səudiyyəli həmkarı Səudiyyə zabitlərinin Avropada hərbi təlim keçməsi kimi ciddi məsələləri müzakirə edirdilər.
Şənbə günü keçirilən təhlükəsizlik konfransında ixtisasca həkim olan xanım Leyen deyib ki, \”biz İŞİD-ə qalib gəlmək üçün internetdə hegemon mövqedə olmalı və iqtisadi imkanlar yaratmalıyıq\”. (bbc)

İnterpress.az