İnterpress.az “Ria Novosti”-yə istinadən xəbər verir ki, bunu Rusiya-Azərbaycan iqtisadi-ticarət məsələləri üzrə hökumətlərarası komissiyasının iclasında Rusiya baş nazirin müavini Dmitri Roqozin deyib.
“Biz danışıqlara çox vaxt sərf etdik və mübahisə yaradan bir neçə məsələni həll etdik”, – deyə Raqozin vurğulayıb.
Roqozin, həmçinin azərbaycanlı həmkarı Yaqub Eyyubovu 1-3 iyun 2017-ci ildə Sankt Peterburqda keçiriləcək XXI energetika forumuna dəvət edib.
İnterpress.az