İnterpress.az SOCAR-dan verilən məlumata əsasən xəbər verir ki, bu gün axtarış işlərinə əlavə dalğıc gəmiləri cəlb olunub, vertalyot və gəmilərin sayı artırılıb.
Hadisə baş verən ərazidə suyun dibində küləyin uçurduğu yaşayış budkası aşkar edilib, dalğıclar onun içərisinə daxil olaraq müşahidə aparıblar. Hadisə zamanı itkin düşən neftçilərdən hec biri yaşayış budkasında olmayıb. Hazırda budkanın sudan çıxarılaraq gəmiyə qaldırılması prosesi davam edir.
İnterpress.az