İnterpress.az xəbər verir ki, Faiq Ağayev bu haqda sosial şəbəkədə yazıb: “Konsertim olacağı haqqında xəbəri eşidər-eşitməz, yenə köhnə üsullara əl atıb, hücuma keçiblər. İşimə pəl vurmaqdan ötrü bilmirlər nə eləsinlər?
Bir həftədir dövriyyəyə su qiymətinə saxta \”dəvətnamə\” buraxıblar, susuram. İndi də şayiə yaymağa başlayıblar ki, guya konsertdə fonoqramla oxuyacam. Nə vaxt gözünüz doyacaq, diliniz yalandan usanacaq? Camaatı gic yerinə qoymusunuz? Susun!”
İnterpress.az