165 nömrəli tam orta məktəb barəsində tədbir görüləcəkbackend

165 nömrəli tam orta məktəb barəsində tədbir görüləcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

BŞTİ- dən İnterpess.az-ın sorğusuna cavab olaraq bildirilib ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində direktor vəzifəsinə işə qəbul “Azərbaycan Respublikası Təhsil Nazirliyinin sisteminə daxil olan Bakı şəhəri üzrə ümumi təhsil müəssisələrində rəhbər vəzifələrə namizədlərin müəyyənləşdirilməsi üzrə müsabiqə qaydaları”na və təhsil nazirinin müvafiq əmri əsasında fəaliyyət göstərən İşçi Qrupu tərəfindən aparılan müsahibələrin nəticələri əsasında həyata keçirilir. Müsahibənin nəticələrinə uyğun olaraq, Bakı şəhəri 165 nömrəli tam orta məktəbə direktor vəzifəsinə təyinat Azərbaycan Respublikasının təhsil nazirinin müvafiq əmrinə əsasən həyata keçiriləcəkdir.
Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərancamı ilə təsdiq edilmiş “2011-2013-cü illərdə Bakı şəhəri və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın Tədbirlər Planına əsasən, 165 nömrəli tam orta məktəbin (1930-cu ildə inşa edilmiş) əsas korpusu 2013-cü ildə əsaslı təmir edilib. Məktəbin 2007-ci ildə tikilib istifayə verilmiş əlavə korpusunun isə əsaslı təmirə ehtiyacı olması barədə tərəfimizdən aidiyyatı təşkilatlara müraciət olunub. Qeyd olunan məsələ ilə bağlı hazırda Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən araşdırma aparılır. Araşdırmanın nəticələrinə uyğun olaraq, müvafiq tədbirlər görüləcəkdir.

Gülşanə Mustafayeva
İnterpress.az