Xanımı 5 minlik şuba geyinən deputat kimdir?backend

Xanımı 5 minlik şuba geyinən deputat kimdir?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bu dağıntı nəticəsində elektrik və qaz infrastrukturuna ciddi ziyan dəyib. Məcburi Köçkünlər komitəsinin Abşeron nümayəndəsi məsələ ilə bağlı bildirib ki, hadisə ilə bağlı Məcburi Köçkünlər Komitəsinə yazılı şəkildə müraciət edilib, lakin hadisədən 2 gün keçməsinə baxmayaraq hələ də heç bir tədbir görülməyib.

Sakinlər məsələ ilə bağlı bildirilib: “Heç kim bizimlə maraqlanmır. Dərdin nədir? deyə soruşan yoxdur. Qarabağda bundan yaxşı yaşayırdıq, bura gələndən günümüz göy əskiyə bürünüb. Hər evdə xəstə var, uşaq var. Yağış, qar olsa soyuqdan donub, öləciyik. Bizim 40 ildə yığdığımız ermənilərə qalıb, 23 ildə yığdığmız isə burada məhv olur. Biz 23 ildir, yaşayış üçün heç bir şəraiti olmayan qarajda yaşayırıq. Əgər bizimlə maraqlanan yoxdursa o zaman gedib, başqa ölkənin vətəndaşı olaq. Bütün aidiyyatı orqanlar gəlib, qıraqdan baxıb, bizə rişxəndlə deyirlər ki, “Bunlar hayasız arvadlardır”. Bir deputat deyir ki, “Ayağınızı yorğanınıza görə uzadın”, o biri deyir, “Müəllim işdən sonra getsin fəhlə işləsin”, bir digəri isə deyir ki, “Məcburi köçkünlər toya getməsin”. Niyə? Məcburi köçkün adam deyil? Deputatın həyat yoldaşı 5 minlik şuba geyinir, biz isə 350 manatla ailə saxlayırıq. Biz istəmirik onların yaşadığı kimi lüks həyat yaşayaq? Onların geyindiyi bahalı paltarlardan geyinək? Məgər biz buna layiq deyilik? O deputatlar bizim hesabımıza seçilib, indi isə bizə ağıl öyrədirlər. Ölüm olsun belə deputatlara!”ölsun belə deputatlar. (af)

İnterpress.az