“Yoldaşım tapılsın” – VİDEObackend

“Yoldaşım tapılsın” – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, Güloğlan və Azay Zülfüqarovlar neft sahəsində 27 ildən çox çalışıblar.
Güloğlan Zülfüqarov 8 uşaq atasıdır – övladlarının böyüyünün 28, kiçiyinin 13 yaşı var. Azay Zülfüqarovun isə 2 azyaşlı övladı var.
Onların hər ikisi Bakı şəhər Ələt qəsəbəsində məskunlaşıblar. Hər iki qardaş ailələrinin yeganə dolanışıq mənbəyi olub.
Güloğlan Zülfüqarovun 5 oğlu işsizdir və onlar qəsəbədə qaranlıq, ölçüsü çox kiçik olan evdə yaşayırlar. Azay Zülfüqarovun həyat yoldaşı bildirir ki, onların da şəxsi evi yoxdur.
Qardaşların BBC Azərbaycancaya danışan qohumları dənizdə işləməyin təhlükəli olduğunu qəbul etsələr də, başqa çıxış yolunun olmamasından danışırlar.
8 uşaq atası Güloğlan Zülfüqarovun 5 oğlu hərbi xidmətlərini başa vurduqlarını, amma hələ də iş tapa bilmədiklərini qeyd edirlər. Evə pul gətirən bircə ailə başçısı olub.
\”Əgər başqa gəlir yeri olsaydı, qoyardıq getsin dənizdə xəstəlik tapsın\” deyirlər, \”məcburuq\” deyən oğul Elçin Zülfüqarov atasını \”ümidimiz \” idi deyib yad edir.
Azneft İstehsalat Birliyində yaradılmış qərargahdan BBC Azərbaycancaya verilən məlumata əsasən digər şəxslərin axtarışları davam etdirilir. (bbc)

İnterpress.azhttps://youtube.com/watch?v=GGVt-Oq0D_0