Hüquq-mühafizə orqanlarından İnterpress.az-ın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, hadisə dekabrın 18-i axşam saatlarında rayonun Yuxarı Çardaqlar kəndində baş verib.
Kənd sakini, 1966-cı il təvəllüdlü Süleyman Nəbi oğlu Xəlilovun meyiti yaşadığı evin zirzəmisində asılı vəziyyətdə yaxınları tərəfindən aşkar edilib.
Faktla bağlı Zaqatala rayon prokurorluğunda CM-nin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlayıb, araşdırma aparılır.
İnterpress.az-ın