İnterpress.az xəbər verir ki, bütün sənədlərində soyadı AbduKərimov yazılsa da, kargüzarlıq əməkdaşının 1 hərf xətası indi problemə çevrilib. Hərbi biletdə soyad AbdulKərimov kimi yazılıb. Bu səhv indi Arzumanın xarici pasport almasına maneədir.
İndi Arzuman hərbi bileti aldığı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qaradağ rayon şöbəsinə müraciət etsə də, 15 günə yaxındır ki, probleminin həll olunmadığını deyir.
İş günü olmadığından Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qaradağ rayon şöbəsinin mövqeyini öyrənmək mümkün olmayıb.
Hüquqşünas Asif Abdullayev isə deyir ki, ola bilsin vətəndaş şifahi şəkildə müraciət etdiyindən məsələnin həlli yubanır. Belə hallarda mütləq ərizə ilə müraciət edilməlidir.
Bundan əlavə dəftərxana işçiləri də məsuliyyətli olmalıdır. Hərf səhfinə yol verən kargüzar intizam məsuliyyəti daşıyır və tənbeh ala bilər.
İnterpress.az xezerxeber-in mövzu ilə bağlı videomaterialını təqdim edir:
İnterpress.az