Sərnişinlərin İnterpress.az saytına verdiyi xəbərə görə, bu gün təxminən saat 8:40-da Bakının Nəsimi rayonunun Mir Cəlal küçəsində “BakuBus”a məxsus 99 JH 253 dövlət nömrə nişanlı 7 nömrəli avtobus qəza vəziyyəti yaradıb.
Sürücü qarşıda avtobusun olmasını nəzərə almadan qəflətən əyləci basması avtobusdakı ayaq üstə gedən sərnişinlərin ciddi narahatlığına səbəb olub. Sərnişinlər avtobusun içində az qala bir-birinin üstünə yıxılmaq təhlükəsi ilə qarşılaşıblar. Təxminən 2-3 dəqiqə sonra avtobus dayanıb və sürücü bildirib ki, maşının beyni donub işləmir. Hətta qapılar belə açılmayıb ki, sərnişinlər başqa avtobusa minərək yollarına davam etsinlər: \”Sürücü artıq bu gün bu hadisənin, yəni avtobusun öz-özünə dayanmasının ikinci dəfə baş verdiyini bildirib. Sərnişinlərə 4-5 dəqiqə gözləməli olacaqlarını qeyd edib. Qapı açılmalıdır ki, mən vəziyyəti yoxlaya bilim”.
Sərnişinlər isə qorxuya düşərək hər hansı partlayışın belə olacağını ehtimal ediblər. Daha sonra qapılar açılıb və mühərriki hərəkətə gətirmək mümkün olub. Hadisənin üzünmüddətli olmamasına baxmayaraq ciddi narahatlıq yaranıb. Sərnişinlər bildirir ki, avtobus Yasamala qədər narahat idarə olunub: “Avtobusun qəflətən dayanması o deməkdir ki, arxadan gələn digər nəqliyyat vasitələri onu vura bilər və təbii ki, ağır bu da ağır yol qəzasının olmasını qaçılmaz edir\”.
Qeyd edək ki, sürücü nəqliyyat vasitəsini qeyri-peşəkar idarə etsə də hadisə zamanı sərnişinlərlə kobud davranmayıb.
İnterpress.az