İnterpress.az \”Vesti Ru\”ya istinadən xəbər verir ki, hücum nəticəsində aralarında turist də olmaqla, 5 nəfər ölüb. Xəbərdə bildirilir ki, cinayəti terror qruplaşmasının etdiyi istisna olunmur.
Mənbənin agentliyə verdiyi məlumata görə, polis məntəqəsinə və turist avtobusuna hücum zamanı atışma baş verib. Hadisə zamanı daha 9 nəfər yaralanıb.
Ərazi antiterror qüvvələri tərəfindən nəzarətə götürülüb. Onlar silahlıların gizləndiyi orta əsrlərdən qalmış malikanəyə hücum etməyə hazırlaşırlar. Silahlı qüvvələrdəki mnənbənin sözlərinə görə, həlak olmuş turist Kanada vətəndaşıdır.
İnterpress.az