“Rusiya ABŞ-ı yarım saat ərzində məhv edəcək”backend

“Rusiya ABŞ-ı yarım saat ərzində məhv edəcək”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bu fikirləri ABŞ-ın “The National Interest” nəşri yazıb.
Nəşr qeyd edir ki, Vaşinqton Moskva ilə əməkdaşlıqda maraqlı olmalıdır. Məqalənin müəllifləri hesab edilər ki, bu gün Rusiya ilə münasibətlərə yaxşı çağırış kimi baxmaq olar.
“Rusiya ”soyuq müharibə” dövründə onilliklərlə ABŞ-ın qarşısında durduğu “şər imperiyası” deyil. Bununla belə, Moskva Birləşmiş Ştatların həyati əhəmiyyətli maraqlarına təsir edən oyunçu olaraq qalır”, – deyə “The National Interest” qeyd edib.

Müəlliflər həmçinin qeyd edirlər ki, Rusiyanın yarım saat ərzində ABŞ-ı Yer üzündən silməyə qadir tək ölkə olduğunu Vaşinqton unutmamalıdır. İkincisi, qeyd edilir ki,
Moskva nüvə terrorizmi təhlükəsi və kütləvi qırğın silahının yayılması ilə mübarizədə əsas gücdür. Bundan başqa, müəlliflər bildirir ki, kəşfiyyat məlumatlarının paylaşılması dünyada terror aktlarının qarşısının alınmasına ciddi təsir edə bilər.

“Xatırlamaq əhəmiyyətlidir, Rusiya dünyanın ən böyük ölkəsidir. O, Çin, Polşa və Birləşmiş Ştatlarla həmsərhəddir. Rusiya yalnız “regional” dövlət bəyanatlarını səsləndirənlər o faktı nəzərə almırlar ki, bu dövlət bütün əhəmiyyətli regionlarla həmsərhəddir. Həmçinin qeyd etmək əhəmiyyətlidir ki, Rusiya döyüşçü ölkədir. O artıq öz maraqlarını hərbi yolla müdafiə etməyə hazır olduğunu nümayiş etdirib”, – materialda deyilir.

İnterpress.az