İnterpress.az xəbər verir ki, bu barədə Bakı Dövlət Gömrük Komitəsi məlumatı yayıb.
Tovuz Gömrük İdarəsinin Gömrük sahəsində hüquqpozmalara qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında, Gürcüstandan gələn Azərbaycan vətəndaşının idarə etdiyi nəqliyyat vasitəsinə \”Sınıq Körpü” gömrük postunda baxış keçirilib.
Gömrük baxışı zamanı, avtomobilin gizli saxlanc yerlərində 506 ədəd pirotexniki vasitə aşkar olunaraq götürülüb.
Faktla bağlı araşdırma aparılır.
İnterpress.az