Bu barədə ABŞ Dövlət katibliyinin sözçüsü Con Kirbi jurnalistlərə açıqlamasında verib.
Onun sözlərinə görə, səbəb və mənbənin nə olmasından asılı olmayaraq, ABŞ bu əməli pisləyir: “Yaxınlarına başsağlığı verir, səbir diləyirik”.
Xatırladaq ki, bu gün Ankarada Rusiyanın Türkiyədəki səfiri Andrey Karlova qarşı sui-qəsd həyata keçirilib və səfir dünyasını dəyişib.
İnterpress.az