İnterpress.az xəbər verir ki, Rusiya Dövlət Başçısı Andrey Karlovun alçaqca öldürüldüyünü söyləyib. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla eyni fikirdə olan Putin də bu hücumu \”təxribat\” olaraq adlandırıb. Rusiya prezidenti Türkiyədəki səfirin öldürülməsinin Rusiya ilə Türkiyə arasındakı siyasi əlaqələrin pozulması istiqamətində təxribatçılar tərəfindən oynanılan bir oyun olduğunu vurğulayıb.
Karlovun öldürülməsindən sonra Rusiyada ola biləcək hər hansısa bir terrora qarşı mübarizənin gücləndiriləcəyini söyləyən Putin: \”Rus səfrinin öldürülməsinə ən yaxşı cavab terrora qarşı savaşı gücləndirməkdir!” deyə qeyd edib.
Sonda Rusiya dövlət başçısı Andrey Karlovun ailəsinə başsağlığı verib.
Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyanın Ankaradakı səfirinin öldürülməsi barədə: \”Heç şübhəsiz ki, bu bir təxribatdır. Lakin, nə Rusiya nə də Türkiyə, iki dövlətin arasını pozmağa çalışanların oyununa gəlməyəcəkdir.\” sözlərini söyləyib. (bakipost.az)
İnterpress.az