ABŞ-ın Ankaradakı səfirliyi bu gün bağlı qalacaq. Bir nəfər silahlı şəxs ABŞ-ın Ankaradakı səfirlyinə hücum edib. Terroçu yaxalanıb.
Artıq ABŞ Dövlət Departamenti hücum faktını təsdiqləyib. ABŞ-ın Ankaradakı səfirliyi hücumla bağlı bəyanat yayıb. Bəyanatda deyilir:
“ABŞ-ın Ankaradakı səfirliyi, İstanbuldakı və Adanadakı konsulluğu bu gün bağlı qalacaq və heç bir iş aparılmayacaq.”
Xatırladaq ki, ABŞ-ın səfirliyinə hücumdan bir neçə saat əvvəl Rusiyanın Ankaradakı səfiri Andrey Karlova silahlı hücum olub. Nəticədə rusiyalı səfir dünyasını dəyişib.
ABŞ Dövlət Departamentindən verilən məlumata görə, ABŞ-ın hazırkı prezidenti Barak Obama, yeni seçilmiş prezident Donald Tramp və Dövlət Katibi Con Kerri birgə Rusiyanın Ankaradakı səfirinin öldürülməsini müzakirə ediblər.
İnterpress.az